Azərbaycan Gürcüstana gül ixracını 5 dəfə artırıb

Biznes
  • 27 aprel, 2023
  • 06:08
Azərbaycan Gürcüstana gül ixracını 5 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 1,9 milyon ABŞ dolları dəyərində 3 milyon 385 min ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 32,4 % çoxdur.

Azərbaycan Evkadordan 927,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 732 min ədəd (+2,2 dəfə), Keniyadan 210,5 min ABŞ dolları dəyərində (+9 dəfə) 173,5 min ədəd (+8,2 dəfə), Türkiyədən 208,3 min ABŞ dolları dəyərində (+31 %) 2 milyon 92 min ədəd (+9 %), Niderlanddan 200,14 min ABŞ dolları dəyərində (+17 %) 110,1 min ədəd (-13,4 %), Kolumbiyadan 163 min ABŞ dolları dəyərində (+9,4 %) 96,43 min ədəd (-10,7 %) gül alıb.

Hesabat dövründə Azərbaycan 42,7 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 53,21 min ədəd (-20 %) gül (kəsilmiş təzə qərənfil, xrizantema, qladiolus və digər) ixrac edib.

Azərbaycan Gürcüstana 30,75 min ABŞ dolları dəyərində (+6,4 dəfə) 1,71 min ədəd (+5 dəfə) və Rusiyaya 11,9 min ABŞ dolları dəyərində (-25 %) 51,5 min (-22 %) ədəd gül satıb.