Azərbaycan Gürcüstana cilalanmış şüşə ixracını 10 dəfə artırıb
- 09 avqust, 2024
- 13:04
Bu ilin yanvar-may aylarında Azərbaycan 8 milyon ABŞ dolları dəyərində 2 milyon 886 min kvadratmetr cilalanmış şüşə ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 4,56 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 1 milyon 831 min kvadratmetr (+4 dəfə), Ukraynaya 2,72 min ABŞ dolları dəyərində (-16 %) 845 min kvadratmetr (-8 %), Gürcüstana 585 min ABŞ dolları dəyərində (+7 dəfə) 182 min kvadratmetr (+10 dəfə), Rusiyaya 84,31 min ABŞ dolları dəyərində 22,79 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb) və Amerika Birləşmiş Ştatlarına 41,3 min ABŞ dolları dəyərində 5 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 12 ölkəyə ixrac edilmiş 4 min ton cilalanmış şüşənin 48,8 %-i Türkiyənin, 41,5 %-i Ukraynanın payına düşüb.