Azərbaycan Gürcüstan məhsullarının tədarükünü artırıb
- 19 aprel, 2022
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 24 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları tədarük edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 % çoxdur.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 2,7 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas tərəfdaşlarının ilk onluğunda VIII yerdə qərarlaşıb.
Yanvar-martda Gürcüstandan ümumi dəyəri 1 milyard 171,8 milyon ABŞ dolları olan yerli məhsul ixrac edilib ki, bu da illik müqayisədə 43,3 % çoxdur.
Hesabat dövründə qonşu ölkədən ən çox ixrac olunmuş yerli məhsulların siyahısında mis filizləri və konsentratları, ferroərintilər, mineral gübrələr, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, qiymətli metal filizləri və konsentratları, qızıl, trikotaj köynəklər, fındıq, spirtli içkilər yer alıb.