Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlarını aşkar edib

Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlarını aşkar edib Faktla bağlı araşdırma aparılır
Biznes
18 Noyabr , 2016 09:20
Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlarını aşkar edib

Bakı. 18 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “Samsung Galaxy J1 mini” və 4 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksessuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi