Azərbaycan gömrükçüləri külli miqdarda dərman pereparatı müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda dərman pereparatı müsadirə edib DGK Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi 2 ədəd "DAF" markalı yük avtomobilləri saxlanılıb.
Biznes
109
14 Sentyabr , 2021 14:43
Azərbaycan gömrükçüləri külli miqdarda dərman pereparatı müsadirə edib

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi 2 ədəd "DAF" markalı yük avtomobilləri saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 7 200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd ineksiya üçün iynə, 94 ədəd vakum test borusu aşkar edilib.

Son xəbərlər

Orphus sistemi