“Azərbaycanda şərabçılıq sahəsində böyük potensialı mövcuddur”.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda Fransız Şirkətlər Birliyinin (MEDEF) prezidenti Jofrua De Bezyo bildirib.
O, Azərbaycan şərablarının Fransaya ixrac edilməsinin vacibliyini qeyd edib: “Azərbaycan şərabları rəqabətqabiliyyətlidir”.
J.De Bezyo həmçinin Azərbaycanın böyük turizm potensialının olduğunu deyərək bu potensialdan Fransa şirkətlərini yararlanmağa çağırıb.