Azərbaycan Finlandiyadan konteyner alışını 123 dəfə artırıb
- 06 dekabr, 2023
- 09:16
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin 3 rübü ərzində Azərbaycana 2,65 milyon ABŞ dolları dəyərində 779 ədəd konteyner idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq 6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,7 dəfə çoxdur) 415 ədəd (+6,5 dəfə), İtaliyadan 492 min ABŞ dolları dəyərində (+16 dəfə) 5 ədəd (+5 dəfə), Finlandiyadan 443 min ABŞ dolları dəyərində (+40 dəfə) 246 ədəd (+123 dəfə), Böyük Britaniyadan 183,2 min ABŞ dolları dəyərində (+59 %) 12 ədəd (-77 %), Norveçdən 76,33 min ABŞ dolları dəyərində 54 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilmiş 166 ədəd konteynerin 45,8 %-i Çinin, 35,5 %-i Böyük Britaniyanın payına düşüb.