Azərbaycan Finlandiyadan alüminium folqa idxalını bərpa edib
- 07 noyabr, 2024
- 11:22
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 683 ton alüminium folqa idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,5 %, kəmiyyət olaraq – 6,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 223,3 ton (-3 %), Yunanıstandan 1,1 milyon ABŞ dolları dəyərində (+57 %) 164 ton (+55 %),Türkiyədən 727 min ABŞ dolları dəyərində (+10 %) 131 ton (+27 %), Niderlanddan 709 min ABŞ dolları dəyərində (+24 %) 89 ton (+9 %), Rusiyadan 260,4 min ABŞ dolları dəyərində (-30 %) 57 ton (-25 %) məhsul alıb.
Azərbaycan 9 il 5 aylıq fasilənin ardından Finlandiyadan (0,4 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.