Azərbaycan Finlandiyadan alışdırma şamları tədarük etməyə başlayıb
- 30 dekabr, 2023
- 09:14
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 4 milyon ABŞ dolları dəyərində 2 milyon 608 min 325 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 82 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 1 milyon 803 min 261 ədəd (+2,2 dəfə), Yaponiyadan 952 min ABŞ dolları dəyərində (-7 %) 206 min 276 ədəd (-31 %), Amerika Birləşmiş Ştatlarından 439 min ABŞ dolları dəyərində (+51 %) 11 min 944 ədəd (+2,6 dəfə), Koreyadan 418 min ABŞ dolları dəyərində (+26 %) 143 min 553 ədəd (+23 %), Almaniyadan 351 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 98 min 992 ədəd (+4,2 dəfə) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Finlandiyadan (37 min ABŞ dolları dəyərində 20 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana xaricdən (30 ölkədən) gətirilmiş 1 milyon 749 min 834 ədəd alışdırma şamlarının 55 %-i Çinin, 21,4 %-i Yaponiyanın payına düşüb.