Azərbaycan Finlandiya və Danimarkadan sistern idxalını bərpa edib

Biznes
  • 09 yanvar, 2024
  • 09:48
Azərbaycan Finlandiya və Danimarkadan sistern idxalını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 35,33 milyon ABŞ dolları dəyərində 3 min 249 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 35 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 25,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 2 min 512 ədəd (+31 %), Türkiyədən 3,2 milyon ABŞ dolları dəyərində (+57 %) 122 ədəd (-1,6 %), Polşadan 2,5 milyon ABŞ dolları dəyərində (+47 %) 265 ədəd (+53 %), Niderlanddan 1,1 milyon ABŞ dolları dəyərində (+7,2 dəfə) 71 ədəd (+4,7 dəfə), Fransadan 606 min ABŞ dolları dəyərində (+4,1 %) 62 ədəd (+1,6 %) sistern alıb.

Azərbaycan 4 il 6 aylıq fasilənin ardından Danimarka (5,5 min ABŞ dolları dəyərində 1 ədəd) və Finlandiyadan (10 min ABŞ dolları dəyərində 2 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.

44 filmi