Azərbaycan Fındıq İstehsalçıları ve İxracatçıları Assosiasiyası Dövlət Gömrük Komitəsini ittiham edib

Azərbaycan Fındıq İstehsalçıları ve İxracatçıları Assosiasiyası Dövlət Gömrük Komitəsini ittiham edib İsmayıl Umudov: "DGK bizi məcbur edir ki, fındığı 8 dollara rəsmiləşdirək"
Biznes
30 Yanvar , 2017 13:10
Azərbaycan Fındıq İstehsalçıları ve İxracatçıları Assosiasiyası Dövlət Gömrük Komitəsini ittiham edib

Bakı. 30 yanvar. REPORT.AZ/ "Dünya bazarında fındıq ucuzlaşsa da, Azərbaycanda qiyməti aşağı salmaq mümkün deyil". 

"Report" xəbər verir ki, bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Fındıq İstehsalçıları ve İxracatçıları Assosiasiyasının sədri İsmayıl Umudov deyib.

O, Dövlət Gömrük Komitəsini (DGK) sahibkarları ölkəyə gətirdikləri fındığı yüksək qiymətə rəsmiləşdirməyə məcbur etməkdə ittiham edib: "Bu gün bazarda fındığın hər kiloqramı 7 dollardır, amma DGK bizi məcbur edir ki, biz onu 8 dollara rəsmiləşdirək.  Axı, qiyməti dünya bazarı müəyyən edir. Xaricdə fındıq ucuzlaşsa da, bizdə buna nail olmaq mümkün deyil".

Son xəbərlər

Orphus sistemi