Azərbaycan Filippindən ştepsel və rozetka idxalını bərpa edib
- 09 mart, 2024
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 9,74 milyon ABŞ dolları dəyərində 936 ton ştepsel və rozetka idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,94 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 57 % çoxdur) 646 ton (+18 %), Türkiyədən 2,41 milyon ABŞ dolları dəyərində (+23 %) 249 ton (+8 %), İtaliyadan 821 min ABŞ dolları dəyərində (+10 %) 14,5 ton (+18 %), Almaniyadan 551 min ABŞ dolları dəyərində (+32 %) 3,47 ton (+2,1 dəfə), Böyük Britaniyadan 510 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 4,28 ton (+9 dəfə) məhsul alıb.
Azərbaycan 3 ilin tamamında Filippindən (25,5 min ABŞ dolları dəyərində 0,11 ton) tədarükü bərpa edib.