Azərbaycan Filippindən şokolad idxal etməyə başlayıb

Biznes
  • 12 dekabr, 2024
  • 06:17
Azərbaycan Filippindən şokolad idxal etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 86,5 milyon ABŞ dolları dəyərində 23 min 574 ton şokolad idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16,4 %, kəmiyyət olaraq – 13,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 39,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23,3 % çoxdur) 13 min 963 ton (+22,8 %), Türkiyədən 11,9 milyon ABŞ dolları dəyərində (+9,2 %) 2 min 212 ton (+1 %), Ukraynadan 8,2 milyon ABŞ dolları dəyərində (+17,5 %) 2 min 295 ton (+1 %), Polşadan 6,7 milyon ABŞ dolları dəyərində (+3,3 dəfə) 1 min 54 ton (+3 dəfə), Niderlanddan 5,1 milyon ABŞ dolları dəyərində (+28 %) 989 ton (+27 %) şokolad alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Filippindən (5,5 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti