Azərbaycan Filippindən kokos yağı alışını 3 dəfə artırıb
- 14 noyabr, 2023
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 947,5 min ABŞ dolları dəyərində 503 ton kokos yağı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 % azdır, kəmiyyət olaraq – 20 % çoxdur.
Hesabat dövründə Azərbaycan Malayziyadan 484,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % azdır) 253,5 ton (-28 %), İndoneziyadan 278,74 min ABŞ dolları dəyərində 175 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 172 min ABŞ dolları dəyərində (-9 %) 73,5 ton (+7,2 %), Filippindən 5,24 min ABŞ dolları dəyərində (+8 dəfə) 0,42 ton (+3 dəfə), Şri-Lankadan 1,74 min ABŞ dolları dəyərində (-20 %) 0,18 ton (-10 %) kokos yağı alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 731 ton kokos yağının 84 %-i Malayziyanın payına düşüb.