Azərbaycan Filippin və Vyetnamdan gül tədarükünü bərpa edib

Biznes
  • 06 mart, 2024
  • 12:09
Azərbaycan Filippin və Vyetnamdan gül tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 9,44 milyon ABŞ dolları dəyərində 10 milyon ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Hesabat dövründə Azərbaycan Evkadordan 5,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çoxdur) 3 milyon 962 min ədəd (+74 %), Niderlanddan 951 min ABŞ dolları dəyərində (-2,2 %) 608 min ədəd (-13,3 %), Kolumbiyadan 799 min ABŞ dolları dəyərində (+22,5 %) 507 min ədəd (+17 %), Keniyadan 777 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 669 min ədəd (+2,8 dəfə), Türkiyədən 328 min ABŞ dolları dəyərində (+45 %) 3 milyon 408 min ədəd (+33 %) gül alıb.

Azərbaycan 3 il 10 aylıq fasilənin ardından Vyetnamdan (0,3 min ABŞ dolları dəyərində 0,02 min ədəd) və 3 il 9 aydan sonra Filippindən (0,3 min ABŞ dolları dəyərində 0,05 min ədəd) tədarük bərpa edib.

2022-ci ildə Azərbaycana 48 ölkədən idxal edilmiş 5,9 milyon ABŞ dolları dəyərində gülün 53 %-i Ekvadorun, 16,5 %-i Niderlandın, 11,1 %-i Kolumbiyanın, 5 %-i Keniyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti