Azərbaycan Ficidən mineral su alışını bərpa edib
- 09 iyun, 2025
- 13:09
Bu ilin I rübündə Azərbaycana xaricdən 944 min ABŞ dolları dəyərində 131 min dekalitr mineral su gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 49 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 328 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % az) 47 min dekalitr (-67 %), Türkiyədən 239,2 min ABŞ dolları dəyərində (-53 %) 25 min dekalitr (-51 %), Gürcüstandan 239 min ABŞ dolları dəyərində (-13 %) 47 min dekalitr (-4 %), Fransadan 78 min ABŞ dolları dəyərində (+39 %) 7 min dekalitr (+40 %), İtaliyadan 21 min ABŞ dolları dəyərində (-58 %) 1 min dekalitr (-67 %) məhsul alıb.
Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Ficidən tədarükü (5,8 min ABŞ dolları dəyərində 0,26 min dekalitr) bərpa edib.