Azərbaycan Farer adalarından nərə balıqları tədarük etməyə başlayıb
- 13 fevral, 2024
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 3,6 milyon ABŞ dolları dəyərində 2 min 168 ton nərə balığı (dondurulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 81 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,83 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 1 min 594 ton (+2,4 dəfə), Polşadan 573 min ABŞ dolları dəyərində (+3 dəfə) 149 ton (+5,7 dəfə), Qazaxıstandan 327 min ABŞ dolları dəyərində (-35 %) 228 ton (-30 %), Çindən 300 min ABŞ dolları dəyərində (+5 dəfə) 70 ton (+5 dəfə), İtaliyadan 250,6 min ABŞ dolları dəyərində (-36 %) 33 ton (-47 %) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Farer adalarından (0,1 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.