Azərbaycan “Expo 2020 Dubai” sərgisində iştirak edəcək

Azərbaycan “Expo 2020 Dubai” sərgisində iştirak edəcək Azərbaycan bu il oktyabrın 1-dən gələn il martın 31-nə qədər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "Expo 2020 Dubai” sərgisində təmsil olunacaq.
Biznes
17 İyun , 2021 11:44
Azərbaycan “Expo 2020 Dubai” sərgisində iştirak edəcək

Azərbaycan bu il oktyabrın 1-dən gələn il martın 31-nə qədər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "Expo 2020 Dubai” sərgisində təmsil olunacaq.

Bu barədə “Report”a BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, Azərbaycanın pavilyonu “Gələcək üçün toxumlar” mövzusunda olacaq.

“Expo 2020 Dubai” bütün iştirakçı ölkələrə mədəniyyətlərini, yeniliklərini və inkişafının ən yaxşısını təqdim etmək üçün bir platforma təmin edəcək. Tarixdə ilk dəfə hər ölkənin öz pavilyonu olacaq. “Expo 2020 Dubai” eyni zamanda ənənəvi coğrafi qruplardan uzaqlaşacaq, Fürsət, Mobillik və Davamlılıq olmaqla üç alt mövzuda oxşar çətinliklərlə üzləşən ölkələri birləşdirəcək.

Son xəbərlər

Orphus sistemi