Azərbaycan əsas tədarük bazarlarının birindən mərci idxalını kəskin artırıb

Biznes
  • 05 aprel, 2023
  • 08:38
Azərbaycan əsas tədarük bazarlarının birindən mərci idxalını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 705,2 min ABŞ dolları dəyərində 1 min 67 ton mərci gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39,3 %, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.

Hesabat dövründə Rusiyadan 423 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 dəfə çoxdur) 741 ton (+34 dəfə), Qazaxıstandan 206 min ABŞ dolları dəyərində (-38 %) 245 ton (-10 %), Qırğızıstandan 61,6 min ABŞ dolları dəyərində (-28 %) 67 ton (-0,8 %), Türkiyədən 9,5 min ABŞ dolları dəyərində (+41 %) 9 ton (+2 dəfə), Kanadadan 5,7 min ABŞ dolları dəyərində (-89 %) 5,1 ton (-88 %) məhsul alınıb.

2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilmiş 7 min 490 ton mərcinin 38,6 %-i Qazaxıstanın, 35,7 %-i Rusiyanın, 20,2 %-i Qırğızıstanın payına düşüb.

44 filmi