Azərbaycan əsas tədarük bazarından soya yağı idxalını 280 dəfə azaldıb

Biznes
  • 24 may, 2022
  • 09:57
Azərbaycan əsas tədarük bazarından soya yağı idxalını 280 dəfə azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 127,14 min ABŞ dolları dəyərində 90,69 ton soya yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 4,9 dəfə azdır.

Hesabat dövründə Ukraynadan 90,25 min ABŞ dolları dəyərində 65 ton, Türkiyədən 35,13 min ABŞ dolları dəyərində 24,3 ton və Rusiyadan 1,76 min ABŞ dolları dəyərində 1,39 ton məhsul gətirilib.

Ötən ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 43,5 % və 2 dəfə azalıb, Rusiyadan – 282 dəfə və 282 dəfə azalıb. Bir il əvvəl Ukraynadan soya yağı tədarük edilməyib.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi 1 min 772 ton soya yağının 89 %-i Rusiyanın payına düşüb.

44 filmi