Azərbaycan əsas tədarük bazarından mis boru alışını kəskin artırıb
- 12 oktyabr, 2023
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,9 milyon ABŞ dolları dəyərində 301 ton mis boru və borucuq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 57 % çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 275 ton (+72 %), Türkiyədən 190 min ABŞ dolları dəyərində (-16 %) 16,8 ton (-26 %), İtaliyadan 74,4 min ABŞ dolları dəyərində (+0,2 %) 4,75 ton (-2 %), Çindən 52 min ABŞ dolları dəyərində (+13 %) 2,5 ton (+93 %), Niderlanddan 25,7 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 387 ton mis boru və borucuğun 82,4 %-i Özbəkistanın payına düşüb.