Azərbaycan əsas tədarük bazarından mərci alışını 6 dəfəyə yaxın artırıb

Biznes
  • 06 may, 2022
  • 10:39
Azərbaycan əsas tədarük bazarından mərci alışını 6 dəfəyə yaxın artırıb

2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 1,66 milyon ABŞ dolları dəyərində 1 min 397 ton mərci alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 16,1 % çoxdur.

Hesabat dövründə Qazaxıstandan 940,64 min ABŞ dolları dəyərində 764,4 ton, Rusiyadan 348,35 min ABŞ dolları dəyərində 333,55 ton, Qırğızıstandan 257,18 min ABŞ dolları dəyərində 202,5 ton, Kanadadan 110,89 min ABŞ dolları dəyərində 92 ton, Türkiyədən 7,55 min ABŞ dolları dəyərində 4,83 ton, Almaniyadan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Qazaxıstandan tədarük müvafiq olaraq 9 dəfə və 5,8 dəfə artıb, Rusiyadan – 3,2 dəfə və 2,1 dəfə artıb, Qırğızıstandan - 62 % və 76 % azalıb, Kanadadan – 2 dəfə və 40 % artıb, Türkiyədən – 51,2 % və 63,7 % azalıb, Almaniyadan – 76,2 % və 80 % azalıb.

Qeyd edək ki, 2021-ci ildə xaricdən (13 ölkə) aldığımız 5 min 564 ton mərcinin 45 %-i Qazaxıstanın, 20 %-i Qırğızıstanın payına düşüb.

44 filmi