Azərbaycan əsas tədarük bazarından kondisioner alışını kəskin artırıb

Biznes
  • 04 iyun, 2024
  • 09:04
Azərbaycan əsas tədarük bazarından kondisioner alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 14,55 milyon ABŞ dolları dəyərində 56 min 445 ədəd kondisioner idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 78 %, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 91 % çoxdur) 55 min ədəd (+2,2 dəfə), Tailanddan 327,2 min ABŞ dolları dəyərində (-49 %) 1 min 290 ədəd (-31 %), Türkiyədən 103 min ABŞ dolları dəyərində (+36 %) 22 ədəd (-49 %), Niderlanddan 41,2 min ABŞ dolları dəyərində 10 ədəd (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 36,45 min ABŞ dolları dəyərində (-44 %) 3 ədəd (-75 %) kondisioner alıb.

2023-cü ildə Azərbaycana 17 ölkədən idxal edilmiş 194 min 208 ədəd kondisionerin 88,4 %-i Çinin payına düşüb.