Azərbaycan əsas tədarük bazarından kokos yağı alışını kəskin artırıb

Biznes
  • 01 iyun, 2024
  • 07:42
Azərbaycan əsas tədarük bazarından kokos yağı alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 598 min ABŞ dolları dəyərində 388,2 ton kokos yağı idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 4,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İndoneziyadan 324 min ABŞ dolları dəyərində 219 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 212 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96 % çoxdur) 132 ton (+2,7 dəfə), Rusiyadan 59 min ABŞ dolları dəyərində (-40 %) 37 ton (-10 %), İtaliyadan 2,45 min ABŞ dolları dəyərində 0,13 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 0,68 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,05 ton (+5 dəfə) kokos yağı alıb.

2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 541 ton kokos yağının 49,9 %-i Malayziyanın, 32,3 %-i İndoneziyanın payına düşüb.