Azərbaycan əsas tədarük bazarından gül alışını kəskin artırıb
- 26 may, 2023
- 07:10
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 3,48 milyon ABŞ dolları dəyərində 5 milyon 565 min ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 50 % çoxdur.
Hesabat dövründə Azərbaycan Evkadordan 1,64 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 milyon 166 min ədəd (+91 %), Niderlanddan 387 min ABŞ dolları dəyərində (+18 %) 223 min ədəd (-16 %), Keniyadan 377 min ABŞ dolları dəyərində (+5,4 dəfə) 304 min ədəd (+4,4 dəfə), Kolumbiyadan 325 min ABŞ dolları dəyərində (+34 %) 193,5 min ədəd (+10 %), Türkiyədən 313 min ABŞ dolları dəyərində (+53 %) 3 milyon 311 min ədəd (+38,4 %) gül alıb.
2022-ci ildə Azərbaycana (48 ölkədən) idxal edilən 5,9 milyon ABŞ dolları dəyərində gülün 53 %-i Ekvadorun payına düşüb.