Azərbaycan əsas tədarük bazarından buğda unu idxalını 7 dəfədən çox artırıb

Biznes
  • 24 may, 2022
  • 10:24
Azərbaycan əsas tədarük bazarından buğda unu idxalını 7 dəfədən çox artırıb

Azərbaycan bu ilin birinci rübündə 2,51 milyon ABŞ dolları dəyərində 7 min 840 ton buğda unu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,5 dəfə, kəmiyyət olaraq – 7,4 dəfə artıb.

Hesabat dövründə Rusiyadan 2,501 milyon ABŞ dolları dəyərində 7 min 734 ton, Türkiyədən 6,19 min ABŞ dolları dəyərində 4,03 ton, Almaniyadan 0,89 min ABŞ dolları dəyərində 0,65 ton, Ukraynadan 0,76 min ABŞ dolları dəyərində 1,01 ton, İtaliyadan 0,75 min ABŞ dolları dəyərində 0,34 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 5,7 dəfə və 7,5 dəfə, Türkiyədən – 9 % və 63,7 % azalıb, Almaniyadan – 48,3 % və 55,8 % azalıb, Ukraynadan – 69,1 % və 72 % azalıb, İtaliyadan – 54,5 % və 73,3 % azalıb.

Qeyd edək ki, ötən ilin 12 ayı ərzində Azərbaycanın idxal etdiyi 3 min 524 ton buğda ununun 98,7 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti