Azərbaycan əsas tədarük bazarından arpa alışını 22 dəfə artırıb

Biznes
  • 18 dekabr, 2023
  • 10:03
Azərbaycan əsas tədarük bazarından arpa alışını 22 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 5,82 milyon ABŞ dolları dəyərində 36 min 184 ton arpa (o cümlədən toxumluq) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,2 dəfə, kəmiyyət olaraq – 21,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,69 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,7 dəfə çoxdur) 36 min ton (+22 dəfə), Türkiyədən 47,6 min ABŞ dolları dəyərində (-21 %) 64 ton (-12 %), Avstriyadan 47 min ABŞ dolları dəyərində 5 ton (bir il əvvəl tədarük olmayıb), İrandan 20,94 min ABŞ dolları dəyərində 101,61 ton (bir il əvvəl tədarük olmayıb), Fransadan 9,51 min ABŞ dolları dəyərində 7,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 4,4 min ton arpanın 96 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə