Azərbaycan əsas tədarük bazarından alışdırma şamlarının idxalını 2 dəfə artırıb

Biznes
  • 18 oktyabr, 2023
  • 09:43
Azərbaycan əsas tədarük bazarından alışdırma şamlarının idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 3 milyon ABŞ dolları dəyərində 2 milyon 80 min 86 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 69 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 973 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 milyon 488 min 933 ədəd (+2 dəfə), Yaponiyadan 680 min ABŞ dolları dəyərində (-14 %) 115 min 776 ədəd (-46 %), Koreyadan 344 min ABŞ dolları dəyərində (+15 %) 118 min 882 ədəd (+12 %), Almaniyadan 301 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 89 min 750 ədəd (+5,3 dəfə), Amerika Birləşmiş Ştatlarından 242 min ABŞ dolları dəyərində (-2 %) 9 min 355 ədəd (+3,3 dəfə) məhsul alıb.

2022-ci ildə Azərbaycana xaricdən (30 ölkədən) gətirilmiş 1 milyon 749 min 834 ədəd alışdırma şamlarının 55 %-i Çinin, 21,4 %-i Yaponiyanın payına düşüb.

44 filmi