Azərbaycan əsas tədarük bazarına armud ixracını kəskin artırıb

Biznes
  • 18 may, 2024
  • 10:47
Azərbaycan əsas tədarük bazarına armud ixracını kəskin artırıb

Bu ilin I rübündə Azərbaycan 879 min ABŞ dolları dəyərində 765 ton armud idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 24 % azdır.

Azərbaycan Belçikadan 734,92 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 634 ton (-24 %), Niderlanddan 71,35 min ABŞ dolları dəyərində (+4,4 %) 64,66 ton (-24 %), Türkiyədən 48,15 min ABŞ dolları dəyərində (-8 %) 43,8 ton (-23 %) və Cənubi Afrikadan 24,86 min ABŞ dolları dəyərində (-36 %) 22,6 ton (-48 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 741 min ABŞ dolları dəyərində (+95 %) 1 min 85 ton (+86 %) armud ixrac edib.

Azərbaycan Rusiyaya 729 min ABŞ dolları dəyərində (+94 %) 1 min 58 ton (+87 %) və Qazaxıstana 11,52 min ABŞ dolları dəyərində (+90,2 %) 26,47 ton (+69 %) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 7 ölkəyə ixrac edilmiş 9 min 193 ton armudun 95 %-i Rusiyanın payına düşüb.