Azərbaycan əsas tədarük bazarına albalı və gilas ixracını 32 % artırıb
- 30 avqust, 2022
- 06:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 34,3 milyon ABŞ dolları dəyərində 24 min 241 ton albalı və gilas ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,2 %, kəmiyyət olaraq – 31,4 % çoxdur.
Rusiyaya 34,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 16,3 % artıb) 24 min 175 ton (+32,1 %), Qazaxıstana 75 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 64,2 ton (+74 %), Belarusa 4 min ABŞ dolları dəyərində (-90,6 %) 0,9 ton (-97,6 %) və Birləşmiş Ərəb Əmirliklərinə 3 min ABŞ dolları dəyərində (-27 %) 1 ton (-16 %) məhsul satılıb.
Ötən il Azərbaycandan xaricə (5 ölkəyə) göndərilən 19,4 min ton albalı və gilasın 99,2 %-i Rusiyanın payına düşüb.