Azərbaycan əsas satış bazarlarından birinə vafli ixracını kəskin artırıb

Biznes
  • 05 may, 2023
  • 13:15
Azərbaycan əsas satış bazarlarından birinə vafli ixracını kəskin artırıb

Bu ilin yanvar-fevral ayında Azərbaycan xaricdən 3,24 milyon ABŞ dolları dəyərində 849,12 ton vafli və vafli həbləri alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 32 % çoxdur.

Azərbaycan Almaniyadan 710,11 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 dəfə çoxdur) 147 ton (+171 dəfə), Türkiyədən 1,148 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 238 ton (+63 %), Bolqarıstandan 571,71 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 144 ton (+4,5 dəfə), Rusiyadan 457,36 min ABŞ dolları dəyərində (-42 %) 207,4 ton (-45 %), Polşadan 72,32 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 7,5 ton (+3 dəfə) məhsul gətirib.

Hesabat dövründə Azərbaycandan 631 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 257 ton (+60 %) vafli ixrac edilib.

Azərbaycan Yəmənə 418,3 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 158 ton (+95 %), Gürcüstana 149 min ABŞ dolları dəyərində (+39,2 %) 70 ton (-2,5 %), İrana 20 min ABŞ dolları dəyərində 9,3 ton (bir il əvvəl tədarük olmayıb), Fələstinə 14 min ABŞ dolları dəyərində 5,62 ton (bir il əvvəl tədarük olmayıb), Monqolustana 10,2 min ABŞ dolları dəyərində 5,67 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan (19 ölkəyə) ixrac edilən 1 min 324 ton vaflinin 50,3 %-i Gürcüstanın, 25,5 %-i Yəmənin payına düşüb.

44 filmi