Azərbaycan elektromobil idxalını 6 dəfə artırıb

Azərbaycan elektromobil idxalını 6 dəfə artırıb Bu ilin yanvar-fevral aylarında Azərbaycana 125,4 milyon ABŞ dolları dəyərində 11 145 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Biznes
18 Mart , 2022 10:58
Azərbaycan elektromobil idxalını 6 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 125,4 milyon ABŞ dolları dəyərində 11 145 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,3 %18,1 % çoxdur.

2 ay ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 87 ədəd (10,3 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 20 % artaraq 10 340 ədəd (95,1 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 2 032-si (16,5 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 57-si (1,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 95 % artması, ikincinin isə 5,7 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 12,7 % azalaraq 668 ədəd (14,4 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3,3 dəfə artaraq 50 ədəd (5,7 milyon ABŞ dolları dəyərində) olub.

Son xəbərlər

Orphus sistemi