Azərbaycan Əlcəzairə ixracını 2,3 dəfə artırıb

Biznes
  • 01 noyabr, 2022
  • 07:30
Azərbaycan Əlcəzairə ixracını 2,3 dəfə artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan və Əlcəzair arasında ticarət dövriyyəsinin həcmi 865,75 min ABŞ dolları təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 28,5 % azdır.

Bu ilin 9 ayında Azərbaycanın Əlcəzairə ixracı 19,81 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Əlcəzairdən idxalı isə 845,94 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,6 % azdır.

Bu il Azərbaycandan Əlcəzairə ümumilikdə ətriyyat və əczaçılıqda işlənən digər bitkilər, həmçinin aviasiya yanacağı ixrac edilib. 8 ay ərzində (ixracın strukturu bu dövr üçün məlumdur) ölkəmizdən Əlcəzairə 6,9 min ABŞ dolları dəyərində ətriyyat və əczaçılıqda işlənən digər bitkilər və 12,37 min ABŞ dolları dəyərində aviasiya yanacağı göndərilib.

İlk 8 ay ərzində (idxalın strukturu bu dövr üçün məlumdur) isə Əlcəzairdən Azərbaycana 771,18 min ABŞ dolları dəyərində təzə və ya qurudulmuş xurma, 74,22 min ABŞ dolları dəyərində digər təsirsiz qazlar və 0,45 min ABŞ dolları dəyərində kişilər üçün pambıq parçası ipliyindən toxunma köynəklər idxal edilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ümumilkdə xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti