Azərbaycan Ekvadordan avokado tədarük etməyə başlayıb

Biznes
  • 18 may, 2024
  • 07:43
Azərbaycan Ekvadordan avokado tədarük etməyə başlayıb

Bu ilin ilk 3 ayında Azərbaycan 664 min ABŞ dolları dəyərində 266 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq –2,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Perudan 227 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 dəfə çoxdur) 75 ton (+6,3 dəfə), Türkiyədən 218 min ABŞ dolları dəyərində (+3 dəfə) 144 ton (+3 dəfə), Portuqaliyadan 48,4 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 9,7 ton (+2,6 dəfə), Meksikadan 35,3 min ABŞ dolları dəyərində (+35 dəfə) 2 ton (+12,5 dəfə), Cənubi Afrika Respublikasından 35 min ABŞ dolları dəyərində 12 ton (bir il əvvəl tədarük olmayıb) avokado alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ekvadordan (6 min ABŞ dolları dəyərində 1,2 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 489 ton avokadonun 40,5 %-i Türkiyənin, 23,4 %-i Keniyanın payına düşüb.

44 - Tezliklə