Azərbaycan Əfqanıstana şokolad ixracını bərpa edib
- 29 aprel, 2024
- 07:01
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 589 ton şokolad ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 298 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 111 ton (+23 %), Birləşmiş Ərəb Əmirliklərinə 202 min ABŞ dolları dəyərində (-11 %) 73 ton (-12,7 %), Rusiyaya 201 min ABŞ dolları dəyərində (-7 %) 70 ton (-11%), İordaniyaya 146 min ABŞ dolları dəyərində 57 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyaya 106 min ABŞ dolları dəyərində 33 ton (bir il əvvəl tədarük olmayıb) şokolad satıb.
Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Əfqanıstana (31,4 min ABŞ dolları dəyərində 14,5 ton) şokolad tədarükünü bərpa edib.