Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 8 % artırıb
- 16 fevral, 2024
- 09:27
Bu ilin yanvar ayında Azərbaycan 45,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 % azdır.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 0,1 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 8 % çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4 %-ni, ixrac isə ümumi ixracının cüzi hissəsini təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,2 % azdır.
Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,8 % azalıb, idxal isə 19,2 % azalıb.
Son nəticədə xarici ticarətdə 702 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 51,3 % çoxdur.