Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
- 28 oktyabr, 2024
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 393,082 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 2,52 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,8 dəfə azdır.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,68 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,8 % azdır. Ticarət dövriyyənin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.