Azərbaycan əczaçılıq məhsulları idxalına çəkdiyi xərci 40 %-dən çox artırıb

Azərbaycan əczaçılıq məhsulları idxalına çəkdiyi xərci 40 %-dən çox artırıb Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,76 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib
Biznes
23 Avqust , 2021 11:55
Azərbaycan əczaçılıq məhsulları idxalına çəkdiyi xərci 40 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 300 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86 milyon ABŞ dolları (40,2 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 2,287 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,8 milyon ABŞ dolları (4,7 dəfə) çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,76 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi