Azərbaycan düyü idxalını 23 % azaldıb

Azərbaycan düyü idxalını 23 % azaldıb Bu ilin yanvar-avqust aylarında Azərbaycan 24,831 milyon ABŞ dolları dəyərində 34 019 ton düyü idxal edib.
Biznes
17 Sentyabr , 2021 12:34
Azərbaycan düyü idxalını 23 % azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 34 019 ton düyü idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 % azdır.

8 ay ərzində ölkəyə idxal edilmiş düyünün dəyəri 24,831 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 19,2% azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi