Azərbaycan Dominika və Malayziyadan avokado idxal etməyə başlayıb
- 04 mart, 2024
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 489 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 24 % çoxdur.
Hesabat dövründə Azərbaycan Keniyadan 354 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96 % çoxdur) 114 ton (+90 %), Türkiyədən 297 min ABŞ dolları dəyərində (-1,3 %) 198 ton (-1 %), Perudan 284 min ABŞ dolları dəyərində (+2 dəfə) 80,6 ton (+72 %), Cənubi Afrikadan 131,5 min ABŞ dolları dəyərində (+7,2 %) 42,4 ton (+2,4 %), Lüksemburqdan 52 min ABŞ dolları dəyərində (-44 %) 6,72 ton (-50 %) avokado alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikadan (7,6 min ABŞ dolları dəyərində 1,5 ton) və Malayziyadan (5,4 min ABŞ dolları dəyərində 1,1 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 392 ton avokadonun 51 %-i Türkiyənin, 15,4 %-i Keniyanın, 12 %-i Perunun payına düşüb.