Azərbaycan Danimarkadan pivə tədarükünü bərpa edib
- 03 oktyabr, 2023
- 06:53
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 3,5 milyon ABŞ dolları dəyərində 248 min dekalitr səməni pivəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 959 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76 % çoxdur) 60,45 min dekalitr (+54 %), Qazaxıstandan 611 min ABŞ dolları dəyərində (+10 %) 53,4 min dekalitr (+4 %), Almaniyadan 438 min ABŞ dolları dəyərində (+23 %) 25 min dekalitr (+19 %), Meksikadan 386,5 min ABŞ dolları dəyərində (+46 %) 17,11 min dekalitr (+2,5 %), Rusiyadan 341,3 min ABŞ dolları dəyərində (-32 %) 36,7 min dekalitr (-27 %) pivə alıb.
Azərbaycan 9 il 5 aylıq fasilənin ardından Danimarkadan (5,42 min ABŞ dolları dəyərində 0,17 min dekalitr) pivə tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilən 358 min dekalitr pivənin 23 %-i Rusiyanın, 22 %-i Qazaxıstanın, 18,2 %-i Türkiyənin payına düşüb.