Azərbaycan Danimarkadan lak və boya idxalını bərpa edib
- 12 dekabr, 2024
- 09:03
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 28,7 milyon ABŞ dolları dəyərində 8 min 579 ton lak və boya idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,7 %, kəmiyyət olaraq – 1,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 16,44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,5 % çox) 5 min 613 ton (+3,8 %), Rusiyadan 1,94 milyon ABŞ dolları dəyərində (+0,5 %) 506 ton (+9,2 %), Çindən 1,71 milyon ABŞ dolları dəyərində (+20 %) 613 ton (+29 %), İtaliyadan 1,6 milyon ABŞ dolları dəyərində (+8,5 %) 337 ton (+7,4 %), Almaniyadan 1,2 milyon ABŞ dolları dəyərində (-13 %) 225 ton (-11 %) məmulat alıb.
Azərbaycan 3 il 6 aylıq aradan sonra Danimarkadan (75,3 min ABŞ dolları dəyərində 16,82 ton) tədarükünü bərpa edib.