Azərbaycan daha üç ölkəyə şokolad ixracına başlayıb

Biznes
  • 09 fevral, 2023
  • 05:53
Azərbaycan daha üç ölkəyə şokolad ixracına başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 83,11 milyon ABŞ dolları dəyərində 24 min 413 ton şokolad gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,3 % çoxdur, kəmiyyət olaraq – 5,8 % azdır.

Azərbaycan Rusiyadan 45,364 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 15 min 168 ton (-17 %), Türkiyədən 12,281 milyon ABŞ dolları dəyərində (+24 %) 2 min 829 ton (+29 %), Ukraynadan 5,81 milyon ABŞ dolları dəyərində (-32 %) 1 min 970 ton (-35 %), Polşadan 3,1 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 523,21 ton (+4,8 dəfə), Qazaxıstandan 2,46 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 773,5 ton (+2,6 dəfə) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xaricə 10,289 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 3 min 998 ton (+84 %) şokolad göndərilib.

Rusiyaya 1,43 milyon ABŞ dolları dəyərində (-12 %) 585,1 ton (-29 %), Səudiyyə Ərəbistanına 1,42 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 491,88 ton (+3,3 dəfə), Gürcüstana 1,251 milyon ABŞ dolları dəyərində (+53 %) 436,58 ton (+32 %), Birləşmiş Ərəb Əmirliklərinə 1,113 milyon ABŞ dolları dəyərində (+4,1 dəfə) 434,98 ton (+3,4 dəfə), Türkiyəyə 1,1 milyon ABŞ dolları dəyərində (+22 dəfə) 394,46 ton (+18 dəfə) məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bəhreyn, Moldova və Vyetnama tədarük həyata keçirilib. Azərbaycandan həmin ölkələrə müvafiq olaraq 53,7 min ABŞ dolları dəyərində 16,68 ton, 168,87 min ABŞ dolları dəyərində 71,83 ton və 80,47 min ABŞ dolları dəyərində 27,43 ton şokolad ixrac edilib.