Azərbaycan daha üç ölkədən kolbasa almağa başlayıb

Biznes
  • 09 mart, 2022
  • 13:04
Azərbaycan daha üç ölkədən kolbasa almağa başlayıb

Ötən il ərzində Azərbaycan xaricdən 16,21 milyon ABŞ dolları dəyərində 5 min 567,09 ton kolbasa və kolbasa məhsulları alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki illə müqayisədə idxal dəyər ifadəsində 20,3 %, kəmiyyət olaraq – 19,6 % artıb.

Azərbaycana Rusiyadan 11,06 milyon ABŞ dolları dəyərində 4 min 268,22 ton, Almaniyadan 1,65 milyon ABŞ dolları dəyərində 481,71 ton, Belarusdan 1,37 milyon ABŞ dolları dəyərində 397,18 ton, Türkiyədən 815,93 min ABŞ dolları dəyərində 154,89 ton, Ukraynadan 511,35 min ABŞ dolları dəyərində 129,46 ton məhsul gətirilib.

2020-ci ilin göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 21,3 % və 22,2 % artıb, Almaniyadan – 16,6 % və 10,8 % artıb, Belarusdan – 40,8 % və 70,4 % artıb, Türkiyədən – 34,5 % və 19,4 % artıb, Ukraynadan – 0,6 % və 14,2 % azalıb.

Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriya, Belçika və Filippindən kolbasa alınıb. Bu ölkələrdən müvafiq olaraq 7,48 min ABŞ dolları dəyərində 1,13 ton, 0,76 min ABŞ dolları dəyərində 0,07 ton və 0,66 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alınıb.

Hesabat dövründə Azərbaycan ancaq Rusiyaya kolbasa və kolbasa məhsulları satıb. Bu ölkəyə 27,92 min ABŞ dolları dəyərində 6,9 ton məhsul ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 16,3 % və 38 % azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti