Azərbaycan daha iki ölkəyə suxarı tədarük etməyə başlayıb

Biznes
  • 06 mart, 2024
  • 12:40
Azərbaycan daha iki ölkəyə suxarı tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 393 min ABŞ dolları dəyərində 145 ton suxarı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3,4 %, kəmiyyət olaraq – 8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusa 142 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 55,4 ton (+38 %), Moldovaya 141 min ABŞ dolları dəyərində (+27 %) 49,5 ton (+32 %), Qazaxıstana 62,58 min ABŞ dolları dəyərində (+5 %) 19,8 ton (-13 %), Gürcüstana 35,4 min ABŞ dolları dəyərində (-59 %) 17,67 ton (-38 %), Rusiyaya 11,2 min ABŞ dolları dəyərində (+1 100 dəfə) 2,8 ton (+276 dəfə) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirlikləri (0,02 min ABŞ dolları dəyərində 0,01 ton) və Qətərə (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti