Azərbaycan daha iki ölkəyə mis məftil ixrac etməyə başlayıb

Biznes
  • 16 fevral, 2024
  • 10:48
Azərbaycan daha iki ölkəyə mis məftil ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycana 18,2 milyon ABŞ dolları dəyərində 2 min 116 ton saflaşdırılmış misdən məftil idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 47 % çoxdur.

Azərbaycan Özbəkistandan 11,23 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) 1 min 271 ton (+16 %), Rusiyadan 2,9 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 353 ton (+3 dəfə), Qazaxıstandan 1,94 milyon ABŞ dolları dəyərində 240 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 1,45 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 156 ton (+2,5 dəfə), Gürcüstandan 468 min ABŞ dolları dəyərində 69 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 4,66 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 483 ton (+3,6 dəfə) mis məftil ixrac edilib.

Azərbaycan Gürcüstana 1,62 milyon ABŞ dolları dəyərində (+89 %) 98 ton (+14 %), Ukraynaya 1,28 milyon ABŞ dolları dəyərində 151 ton, Sinqapura 995 min ABŞ dolları dəyərində 138 ton, Türkiyəyə 759 min ABŞ dolları dəyərində (+56 %) 96 ton (+2 dəfə) və Böyük Britaniyaya 0,26 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb) mis məftil satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapur və Ukraynaya tədarük həyata keçirilib.