Azərbaycan daha iki ölkədən yonca toxumu almağa başlayıb

Biznes
  • 13 mart, 2023
  • 13:57
Azərbaycan daha iki ölkədən yonca toxumu almağa başlayıb

Ötən il Azərbaycan 453 min ABŞ dolları dəyərində 454 ton yonca toxumu (əkin üçün qarayonca və üçyarpaq yonca) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 8 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.

Özbəkistana 215 min ABŞ dolları dəyərində 259 ton, Qırğızıstana 139 min ABŞ dolları dəyərində 132 ton, Gürcüstana 75,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 41,1 ton (-20 %) və Qazaxıstana 24,2 min ABŞ dolları dəyərində 22 ton məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana, Qırğızıstana və Qazaxıstana tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana xaricdən 121 min ABŞ dolları dəyərində (-76 %) 33 ton (-91 %) yonca toxumu gətirilib.

Türkiyədən 79 min ABŞ dolları dəyərində (-37 %) 26 ton (-26 %), İtaliyadan 34 min ABŞ dolları dəyərində (-26 %) 5,7 ton (-37 %), Yeni Zelandiyadan 4,6 min ABŞ dolları dəyərində 0,8 ton, Polşadan 1,9 min ABŞ dolları dəyərində (-73 %) 0,5 ton (-62 %), Danimarkadan 0,9 min ABŞ dolları dəyərində (-94,3 %) 0,05 ton (-98,3 %) və İsveçdən 0,6 min ABŞ dolları dəyərində 0,05 ton məhsul alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən və Yeni Zelandiyadan tədarük həyata keçirilib.