Azərbaycan daha iki ölkədən yoğurt tədarük etməyə başlayıb

Biznes
  • 04 dekabr, 2023
  • 12:21
Azərbaycan daha iki ölkədən yoğurt tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3,2 milyon ABŞ dolları dəyərində 2,1 min ton yoğurt idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % azdır) 1 min 307 ton (-26 %), Belarusdan 872 min ABŞ dolları dəyərində (+4,7 %) 522 ton (-12 %), Türkiyədən 241 min ABŞ dolları dəyərində (+24 %) 124 ton (+7 %), Latviyadan 131 min ABŞ dolları dəyərində (+54 %) 67,1 ton (+91 %), Belçikadan 56 min ABŞ dolları dəyərində (+93 %) 10,1 ton (+43 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrlandiyadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Yunanıstandan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti