Azərbaycan daha iki ölkədən şəkər tədarük etməyə başlayıb

Biznes
  • 01 dekabr, 2023
  • 12:10
Azərbaycan daha iki ölkədən şəkər tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 16,9 milyon ABŞ dolları dəyərində 22 min 591 ton şəkər ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 17 % azdır.

Azərbaycan Türkmənistana 9,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 13 min 572 ton (+27 %), Gürcüstana 2,5 milyon ABŞ dolları dəyərində (-20 %) 3 min 605 ton (-28 %), Tacikistana 1,9 milyon ABŞ dolları dəyərində 2 min 112 ton (bir il əvvəl tədarük olmayıb), Qırğızıstana 1,8 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 2 min 564 ton (+5,7 dəfə), Rusiyaya 629 min ABŞ dolları dəyərində (+5,4 %) 505 ton (-4 %) şəkər satıb.

Hesabat dövründə Azərbaycana 13,2 milyon ABŞ dolları dəyərində (+48 dəfə) 19 min 250 ton (+73 dəfə) şəkər idxal edilib.

Azərbaycan Rusiyadan 12,8 milyon ABŞ dolları dəyərində (+534 dəfə) 18 min 869 ton (+1 995 dəfə), Belarusdan 277 min ABŞ dolları dəyərində (+769 dəfə) 339 ton (+1883 dəfə), Türkiyədən 30,4 min ABŞ dolları dəyərində (+2 dəfə) 10 ton (+2,3 dəfə), Çindən 26,4 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 3,3 ton (+3 dəfə), İrandan 15,6 min ABŞ dolları dəyərində (+87 dəfə) 13 ton (+87 dəfə) şəkər alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Mavritaniyadan (0,1 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycanın əsas tədarük bazarlarından Türkiyədən (tədarük 1 092 dəfə azalıb), Rusiyadan (-368 dəfə), Ukraynadan (-19 dəfə) şəkər idxalının kəskin azalması səbəbindən ölkəyə cəmi 322 ton (bir il əvvəl 18 min ton olub) məhsul gətirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti