Azərbaycan daha dörd ölkəyə cilalanmış şüşə ixrac etməyə başlayıb
- 16 fevral, 2023
- 07:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 16,9 milyon ABŞ dolları dəyərində 3 939 min kvadratmetr cilalanmış şüşə ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Ukraynaya 7,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 81 % artıb) 1 775 min kvadratmetr (+71 %), Türkiyəyə 4,15 milyon ABŞ dolları dəyərində (+58 %) 1 039 min kvadratmetr (-2 %), Polşaya 1,7 milyon ABŞ dolları dəyərində (+4,5 dəfə) 447 min kvadratmetr (+5,5 dəfə), Gürcüstana 1,4 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 277 min kvadratmetr (+8 dəfə), İrlandiyaya 731 min ABŞ dolları dəyərində 123 min kvadratmetr məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa, Estoniyaya, İrlandiyaya və İtaliyaya tədarük həyata keçirilib.
Azərbaycandan Belarusa 45 min ABŞ dolları dəyərində 11 min kvadratmetr, Estoniyaya 42 min ABŞ dolları dəyərində 6,5 min kvadratmetr və İtaliyaya 14 min ABŞ dolları dəyərində 2,5 min kvadratmetr şüşə göndərilib.